Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, son günlərdə İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) tərəfindən ABŞ xalqına ünvanlanmış kifayət qədər genişhəcmli bir məktub yayımlanıb.
Lakin bu məktubun diqqətçəkən məqamlarından biri onun yalnız siyasi və hərbi məsələlərlə məhdudlaşmaması, eyni zamanda müsəlmanlar və xristianların axirəz-zamanla bağlı ortaq gələcəyinə də toxunmasıdır.
Məktubda bu həqiqətə diqqət çəkilir ki, zühur dövründə həzrət İsa Məsih (ə) İmam Məhdi (ə.f) ilə birlikdə olacaq və həqiqi möminlər ədalətin bərqərar edilməsi və zülmə qarşı mübarizə yolunda bir-birinin yanında dayana bilərlər.
Digər mühüm məqam isə ondan ibarətdir ki, bu müraciətdə ABŞ xalqı ilə bu ölkənin siyasətçiləri bir-birindən fərqləndirilir. ABŞ xalqına birbaşa müraciət edilir ki, onlar tarixi bir seçim etməklə zülm və hegemonluq cərəyanları qarşısında öz mövqelərini müəyyən edə bilsinlər.
Məktubun bu hissəsinin əhəmiyyəti o zaman daha aydın görünür ki, ötən illər ərzində ABŞ-dakı bəzi sionist xristianlıq cərəyanlarının axirəz-zamanla bağlı qarşıdurma xarakterli bir təsəvvür formalaşdırmağa çalışdıqlarını nəzərə alaq. Bu təsəvvürə əsasən, İmam Məhdi (ə.f) axirəz-zaman dövründə həzrət İsa Məsihin (ə) düşməni kimi təqdim edilir.
Bu yanaşmanın qarşısında İslam və xristianlığın axirəz-zamanla bağlı ortaq cəhətlərinin düzgün şəkildə izah edilməsi göstərir ki, xilaskar məsələsi möminlərin bir-birinə yaxınlaşması, eləcə də zülm və ədalətsizliklə mübarizə aparması üçün mühüm zəmin yarada bilər.
Bu baxımdan, məhdəviyyət sahəsində fəaliyyət göstərən şəxslərin mühüm vəzifələrindən biri bu ortaq cəhətləri düzgün şəkildə izah etmək və müxtəlif dinlərin ardıcılları arasında vəd edilmiş xilaskar barədə təhrif olunmuş təsəvvürlərin formalaşmasının qarşısını almaqdır.
Qum Elmi Hövzəsinin Məhdəviyyət üzrə İxtisaslaşmış Mərkəzinin Qərb və Məhdəviyyət qrupu
https://eitaa.com/westandmahdism
Rəyiniz